Məşhur sosial şəbəkə "Twitter"in loqosu dəyişib.
SİA-nın əldə etdiyi məlumata görə, "Twitter"in sahibi İlon Mask ənənəvi sərçə loqosunu "Dogecoin"lə (kriptovaluyta) dəyişib.
Qeyd edək ki, "Dogecoin" kriptovalyutasında it təsviri yer alıb.
Xatırladaq ki, bu dəyişiklikdən sonra "Dogecoin" kriptovalyutasının dəyəri 26,39 faiz artıb.