Səlcuq Bayraktar Prezident İlham Əliyevə təşəkkür edib

3 Aprel 2023 15:43 (UTC+04:00)

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

SİA xəbər verir ki, o, tviterdə yazıb:

“Qardaş ölkəmiz Azərbaycanda göstərdiyi səmimi qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tək millət, iki dövlətin ortaq gələcəyi olan “Qızıl Alma” üçün işləməyə davam edəcəyik”.

Qeyd edək ki, S.Bayraktar Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev aprelin 3-də onu qəbul edib.