"İnsan heç vaxt namaz qılmayıbsa və ilk dəfə başlamaq istəyirsə, ilk olaraq dəstəmazı bilməlidir. Yaxud insan namaz qılan olmayıbsa, ailəli və subay, qadın və kişi olmasından asılı olmayaraq cənabət qüslu etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, namaz qılmaq istəyən şəxs namaz qılan birinə müraciət edərək dəstəmaz almağı öyrənə bilər: "Ya da internetdə bununla bağlı kifayət qədər məlumat var. İmkanı varsa, namaz qılan adamla birlikdə namaza qalxsın".
Fuad Nurullayev sözlərinə belə davam edib: "Namazın əsası Fatəhü Qulhüvəllah sürəsi ilə başlayır ki, bunlar əzbər bilinməlidir. Bir də namazda Təşəhüd və Salam var. Bu çox qısa bir şeydir.
Əksər insanlar Fatəhü Qulhüvəllah surəsini bilirlər. Daha sonra namazda deyilən qısa zikrlər var. Bunlardan biri "Sübhənallah" yaxud "Allahu Əkbər" ifadəsidir ki, 3 dəfə təkrarlansa daha yaxşı olar. Bir də namaza daxil olduqda iqamə mütləq deyilməlidir. Azanla iqamə bir-birinə oxşayır. Amma bir-iki zikr fərqi var".
Ayşən Vəli