Tanınmış türk aktrisa Nilgün Belgün sənəti ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, KİV-ə açıqlamasında serial və filmlərdə oynamayacağını qeyd edib.
Teatr aktrisası kimi də fəaliyyət göstərən Nilgün tamaşalardakı roluna davam edəcək.
Qeyd edək ki, aktrisanın müəllifi olduğu kitablar da var.