Ukraynanın xalq artisti ispan sevgilisi ilə fotosunu yaydı

3 Aprel 2023 14:34 (UTC+04:00)

Ukraynanın xalq artisti Ani Lorak sosial şəbəkədə abunəçiləri ilə yeni şəklini paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni ispan sevgilisi İsaak Vijraku ilə necə vaxt keçirdiyini instaqramda göstərib. Fotoda sevgilisi ilə çimərlikdə istirahət edərkən əks olunub.

Qeyd edək ki, Ani Lorak 2009-2019-cu illərdə türk iş adamı Murat Nalçacıoğlu ilə evli olub. Keçmiş həyat yoldaşlarının bir qızı Sofiya var.