Dünyanın ən yaşlı döymə ustası “Vogue Philippines” jurnalının üz qabığında yer alıb.
SİA xəbər verir ki, söhbət - 106 yaşlı filippinli Apo Vanq-Oddan gedir.
Qeyd edək ki, Vanq-Od bu sənəti atasından öyrənib və 16 yaşından bu işlə məşğuldur. Tatu ustası mürəkkəblə deyil, kömür və su qarışığından istifadə edərək döymələr edir. Vanq-Odun öz bədəninidə də həyat hekayəsini əks etdirən tatular var: nailiyyətləri, itkiləri və hətta keçmiş sevgililərinin adları. O, hazırda da bu işlə məşğuldur.
Tatu ustası 2018-ci ildə "Dangal ng Haraya" mükafatını alıb və 2017-ci ildə "Milli Yaşayan Xəzinə" mükafatına namizəd olub.
O, həmçinin 85 yaşında "Vogue" üçün kamera qarşısına keçən britaniyalı aktrisa Cudi Dençin rekordunu qıraraq jurnalın üz qabığında yer alan ən yaşlı model olub.