Cozep Borrell kimi tənqid etdi?

2 Aprel 2023 04:22 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib. SİA xəbər verir ki, bu barədə Cozep Borrell "Twitter" hesabında bildirib.

"Rusiyanın bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi aprel zarafatları (1 aprel) gününə uyğundur. Rusiya, Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin qanunvericilik bazasının mahiyyətini davamlı şəkildə pozur. Aİ Rusiyanın sədrliyində onun tərəfindən ediləcək istənilən sui-istifadəyə qarşı çıxacaq", - deyə Borrel qeyd edib.