Donmuş çay üzərində əyləncə faciə ilə bitdi

2 Aprel 2023 03:23 (UTC+04:00)

Rusiyanın Arxangelsk vilayətinin ərazisində yerləşən Şimali Dvina çayının donmasını müşahidə edən yerli sakinlər motorlu yedək maşını ilə onun üzərində hərəkət etmək qərarına gəliblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə buz qatı qırılıb və ortaya yaşlarında olan bir nəfər kişi və 16 yaşlı oğlan suya düşərək həlak olublar.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə mətbuat xidməti də təsdiqləyib.

Məlumatda həmçinin qeyd olunur ki, motorlu yedək maşınında dörd nəfər olub. Suya düşən iki nəfər xilas edilib, lakin digər iki nəfəri xilas etmək mümkün olmayıb.

Hazırda hər iki şəxsin axtarışları aparılır.