Türkiyədə yenidən zəlzələ oldu

2 Aprel 2023 02:08 (UTC+04:00)

Türkiyənin Qara dəniz bölgəsində yerləşən Kastamonu şəhərinin İhsangazi rayonunda 4,2 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11,83 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 01:24-də qeydə alınıb.