Müğənni Xatuna elçi düşüblər

2 Aprel 2023 05:45 (UTC+04:00)

Müğənni Xatun Əliyevaya elçi düşüblər. SİA xəbər verir ki, sözügedən məsələ sənətçinin "Şou xəbər" verilişinə müsahibəsi zamanı üzə çıxıb.

Xatun əyləşdiyi avtomobilin oturacağından məktub tapıb. Həmin məktubda isə ifaçıya eşq təklifi olunub: "Sənə qarşı fikrim ciddidir. Yaxınımda olsan da, özümü uzaq hiss edirəm".

Xatun məktubda yazılanları oxuduqdan sonra bu sözləri dilə gətirib: "Mənə kimsə elçi düşüb. Bu məktub avtomobilimizə elə-belə qoyula bilməz. Bu mümkün deyil".

Qeyd edək ki, Xatun Əliyeva bir dəfə evli olub və ayrılıb. Onun Adil adında bir övladı var. Müğənnin oğlu ötən ilin noyabr ayında ailə qurub.