Finlandiya NATO-nun tamhüquqlu üzvü olmağı gözləyir

2 Aprel 2023 01:27 (UTC+04:00)

Finlandiya yaxın iki həftə ərzində NATO-nun tamhüquqlu üzvü olmağı gözləyir. SİA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto məlumat verib.

O bildirib ki, aprelin ortalarına kimi Finlandiyanın alyansa daxil olmaq üçün ratifikasiya proseduru tamamlanacaq.

Qeyd edək ki, aprelin 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzv olmasını nəzərdə tutan qanunu imzalayıb.

Türkiyə müvafiq sənədi Vaşinqtona göndərməlidir və bundan sonra NATO-nun baş katibi Finlandiyanın üzvlüyünü rəsmən açıqlayacaq.