Ekoaktivistlər məşhur fəvvarənin suyunu qara rəngə boyayıb

2 Aprel 2023 01:04 (UTC+04:00)

Ekoaktivistlər İtaliyanın paytaxtı Romada məşhur fəvvarənin suyunu qara rəngə boyayıb. SİA "France 24"ə istinadən xəbər verir ki, iqlim dəyişikliyi fəallları "Fontana della Barcaccia" kimi tanınan 17-ci əsrə aid fəvvarənin içinə rəngli bitki əsaslı maye töküblər.

"Suyun qara rəngə boyanması "dünyanın sonu" ssenarisindən xəbər verir", - ətraf mühit fəallarının bəyanatında deyilir. Polis aksiyanı təşkil edən 3 fəalı saxlayıb.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində iqlim fəalları diqqəti cəlb etmək üçün tarixi-memarlıq abidələrinə qarşı bu cür aksiyalar təşkil edir.