İranda inflyasiya kəskin artacaq

2 Aprel 2023 00:12 (UTC+04:00)

İran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq.

"Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, - deputat xəbərdarlıq edib.

Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.