ABŞ-də qasırğa və tornado qurbanlarının sayı 18-ə çatıb - YENİLƏNİB

1 Aprel 2023 23:44 (UTC+04:00)

ABŞ-də qasırğa və tornado 18 nəfərin həyatına son qoyub. SİA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində həlak olanların əksəriyyəti Arkanzas, İndiana və Tennessi ştatlarının payına düşür. Ümumilikdə tornado 7 ştata təsir edib.