İran ərazisindən Pakistana hücum: 4 əsgər həlak olub

1 Aprel 2023 21:30 (UTC+04:00)

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu, son 3 ayda ikinci belə hadisədir.

Pakistan ordusundan verilən açıqlamada İran ərazisindən yaraqlıların Bəlucistan əyalətinin Keç bölgəsində sərhəddə patrul maşınına silahlı hücum təşkil etdiyi və 4 əsgərin həyatını itirdiyi bildirilib. Tehrandan bu cür hücumların gələcəkdə təkrarlanmaması üçün silahlılara qarşı təsirli addımlar atması istənilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, yanvarın 18-də silahlıların Bəlucistan əyalətində İran ərazisindən təhlükəsizlik qüvvələrinin karvanına hücumu nəticəsində də 4 pakistanlı əsgər həlak olmuşdur.