ABŞ Polşaya “F-22” Raptor təyyarələri verir...

1 Aprel 2023 19:11 (UTC+04:00)

Bu arada ABŞ Müdafiə Nazirliyi vaxtından əvvəl istismardan çıxarılan 24 ədəd “F-22” Raptor təyyarəsini Polşaya simvolik qiymətə satmağa razılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Polşanın “Defence24” portalı polyaklara satılan “F-22”-lərin qiymətlərinin simvolik olmasının səbəbini, bir müddət bundan əvvəl Varşavanın Ukraynaya verdiyi “MiQ-29”-larla əlaqələndirib.

"2025-ci ilin sonuna qədər Polşa ABŞ-dan sonra iki növ 5-ci nəsil təyyarələrdən istifadə edəcək ikinci ölkə ola bilər. Polşa Hərbi Hava Qüvvələri üçün artıq alınmış “F-35” təyyarələrinə əlavə olaraq, amerikalılar Polşaya 32 qırıcıdan ibarət 24 ədəd F-22A Block 20 Raptor təyyarəsi təqdim edir”.

Bunu da Polşanın “Defence24” portalı yazıb.

O da qeyd olunur ki, Polşa təyyarələri simvolik qiymətə alsa da, lakin bütün əməliyyat xərcsiz olmayacaq. Belə ki, Polşa “F-22”-ləri sınaqdan keçirmək üçün pul ödəməli olacaq. Çünki ABŞ Hərbi Hava Qüvvələri tərəfindən “təqaüdə buraxılması planlaşdırılan” “F-22”-lərdən döyüş xidmətində deyil, əsasən təlimlərdə istifadə olunub.

Polşa həmçinin pilotların və texniki personalın hazırlanması, yerüstü infrastrukturun hazırlanması üçün vəsait xərcləyəcək.

Sonda xatırladaq ki, “F-22” təyyarələri Polşaya 2024-2025-ci illərdə çatdırılacaq.

Ağasəf Babayev