Zelenski İran təşkilatına və vətəndaşlarına sanksiya tətbiq edib

1 Aprel 2023 18:58 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən müəyyənləşdirilən yeni sanksiyaları təsdiqləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sanksiya siyahısına düşənlər sırasında İran təşkilatı və vətəndaşları da var. Bu sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəminat Cihad Təşkilatına və səkkiz nəfər İran vətəndaşına aiddir.