BVF Ukraynaya yeni yardım paketini təsdiqləyib

1 Aprel 2023 18:55 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya 115 milyard dollarlıq ümumi dəstək paketi çərçivəsində 15,6 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondu açıqlama yayıb.

Açıqlamada, BVF İcraçı Direktorlar Şuranın qərarı ilə təxminən 2,7 milyard dolların dərhal ödənilməsinə icazə verildiyi bildirilib.

Qeyd edək ki, BVF keçən həftə Ukrayna ilə sözügedən maliyyə paketi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.

Ukrayna rəsmilərinin tələbi ilə Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyətinin martın 8-15-də Polşada Ukrayna səlahiyyətliləri ilə 4 illik iqtisadi proqramla bağlı danışıqlar apardığı bildirilib.