"Kəpəz" "Səbail"ə qalib gəldi

1 Aprel 2023 17:25 (UTC+04:00)

Misli Premyer Liqasında 28-ci turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. “Kəpəz” “Səbail”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Turnir cədvəlində 3-cü pillədəki "Neftçi" 4cü yerdəki "Zirə" ilə qarşılaşacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1 aprel

15:30. “Kəpəz” – “Səbail” - 1:0

Qol: Abdullahi Şuaybu, 69
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu

Reallaşdırılmayan penalti: "Kəpəz"in futbolçusu Ahmed Ayzayanın 66-cı dəqiqədə penalti zərbəsini "Səbail"in qapıçısı Emil Balayev dəf edib.
Gəncə şəhər stadionu

19:30.“Zirə” – “Neftçi”

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 22 5 0 70-15 71
2 Sabah 27 19 5 3 59-18 62
3 Neftçi 27 17 5 5 49-24 56
4 Zirə 27 10 7 10 30-36 37
5 Qəbələ 27 9 9 9 32-32 36
6 Turan Tovuz 28 7 7 14 23-38 28
7 Kəpəz 28 5 10 13 28-49 25
8 Sumqayıt 28 6 6 16 20-52 24
9 Şamaxı 27 4 8 15 23-43 20
10 Səbail 28 4 6 18 20-47 18

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 14 qol
Emin Mahmudov ("Neftçi") - 14 qol
Aleksey Kaşuk ("Sabah") - 11 qol