“Mançester Siti” “Liverpul”a böyük hesabla qalib gəldi

1 Aprel 2023 18:45 (UTC+04:00)

İngiltərə Premyer Liqasında (İPL) XXIX tura start verilib. SİA xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin “şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.

28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27 matçda topladığı 42 xalla altıncı yerdədir.