18 yaşlı “ana”yeni doğulmuş körpəsini suda boğub

1 Aprel 2023 17:54 (UTC+04:00)

Rusiyanın Altay diyarındakı Novoaltaisk şəhərciyindən olan gənc qız öz yeni doğulmuş oğlunu hamam otağında boğub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nə qədər qəribə olsa da, hər şey "ana"nın 18 yaşlı əmisi qızının yanında baş verib.

Maraqlıdır, görən gənc ananı bu dəhşətli hərəkətə vadar edən nədir?

Müstəntiqlərin fikrincə, körpə gənc xanım tərəfindən vaxtından əvvəl doğulub.

Belə ki, körpə cəmi altı həftəlik olanda xəstəxanadan buraxılıb.

O da qəribədir ki, gənc "ana" körpəsinə qəsd edərkən, onunla bir evdə olan 18 yaşlı əmisi qızı bundan məlumatlı olub.

Amma onun gənc ananı bu əməldən çəkindirməyə çalışmaması, ona mane olmaması, başadüşülən deyil.

Rus saytlarının yazdıöına görə, hazırda gənc ananı cinayət maddəsi ilə ağır cəza gözləyir.

...İşin təfərrüatları araşdırılır.

Ağasəf Babayev