Türkiyədə iki zəlzələ baş verib

1 Aprel 2023 17:41 (UTC+04:00)

Türkiyənin Hatay vilayətinin Samandağ bölgəsində və Antakya körfəzində iki zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Samandağ bölgəsində yerli saatla 15:34-də 4,1 bal, buradan 4 kilometr uzaqlıqdan olan Antakya körfəzində yerli saatla 15:40-da 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Birinci zəlzələ yerin təxminən 4,1 kilometr dərinliyində, ikinci isə 17,9 kilometr dərinlikdə baş verib.