Ukrayna Polşadan 100 döyüş avtomobili sifariş edib

1 Aprel 2023 17:31 (UTC+04:00)

Polşanın Baş naziri Mateuş Moravetski Polşanın cənubundakı Siemianovice Slaski şəhərindəki Rosomak şirkətinə baş çəkdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə Rosomak piyada döyüş maşınları ilə bağlı irəliləyiş olduğunu bildirən Moravetski, "Ukrayna ordusu bizdən Siemianovice Slaskidə istehsal olunan 100 Rosomak alacaq. Onların hər biri yeni avtomobillərdir və bu satınalma Avropa Birliyi və ABŞ-ın maliyyələşdirilməsi ilə həyata keçəcək" ifadəsini işlədib.

Son zamanlar Polşada silah istehsalının sürətləndiyini qeyd edən Moravetski, Rosomak üçün Sloveniya və Səudiyyə Ərəbistanından sifarişlər gələ biləcəyini bildirib.