Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

1 Aprel 2023 17:01 (UTC+04:00)

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. SİA-nın verdiyi məlumata görə, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılıb. Salyan rayonu ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən Qurban Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.