Paris Prokurorluğuna nümayişçilərlə bağlı 100 şikayət ərizəsi daxil olub

1 Aprel 2023 16:27 (UTC+04:00)

16 martda hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını ehtiva edən qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra Fransada başlayan nümayişlər davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq yaşanır.

Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında xeyli insan saxlanılıb.

Saxlanılan nümayişçilərin bir qrup vəkilləri Paris Prokurorluğuna “ictimai səlahiyyətə malik bir şəxs tərəfindən azadlığa özbaşına müdaxilə” və “nümayiş keçirmək azadlığının pozulması” ittihamları ilə təxminən 100 şikayət ərizəsi verib.