Papa xəstəxanadan evə buraxılıb

1 Aprel 2023 16:19 (UTC+04:00)

Katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisko xəstəxanadan evə buraxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nəfəs darlığı səbəbilə İtaliyanın paytaxtı Romadakı xəstəxanaya yerləşdirilən Papa Fransiskonun vəziyyətinin daha yaxşı olduğu bildirilir.

Bronxit diaqnozu qoyulan Papanın müalicəyə sürətli reaksiya verdiyi qeyd olunur.

Bu səhər xəstəxanadan çıxan Papa Fransisko çöldə onu gözləyən jurnalistləri və digər şəxsləri salamlayıb. “Qorxmuram, hələ sağam”, - deyə Papa bildirib, daha sonra avtomobili ilə Vatikana doğru yola düşüb.