Antarktidada zəlzələ olub

1 Aprel 2023 15:04 (UTC+04:00)

Hind okeanı ilə Sakit okean arasında Qərbi Hindistan silsiləsində yerin 10 kilometr dərinliyində zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında baş verən zəlzələyə ən yaxın ərazi Antarktida olub.

Qeyd edək ki, Qərbi Hindistan silsiləsi bölgəsi güclü seysmik fəaliyyəti ilə tanınır. Çoxlu zəlzələlərin baş verdiyi bölgənin ən dayaz ərazisi 251 metrə, ən dərin sahəsi isə 3000 metrə çata bilər. Bölgənin uzunluğu 4000 kilometrdir. Eni 200 ilə 300 kilometr arasında dəyişir.