Yəmən XİN Türkiyənin dəstəyini qiymətləndirib

1 Aprel 2023 14:33 (UTC+04:00)

Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək jurnalistlərə verdiyi açıqlamasında Yəməndəki müharibə və Türkiyənin Yəmənə münasibəti ilə bağlı dəyərləndirmə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mübarək öz açıqlamasında Türkiyə hökumətinin Yəmən xalqını və qanuni hökuməti dəstəklədiyini bəyan edib. O bildirib ki, bu, iki ölkə arasındakı əlaqələrin parlaq göstəricisidir.