Məşhur aktyor atasının öldüyü gün daha bir acı yaşadı

1 Aprel 2023 14:14 (UTC+04:00)

Avstraliyalı “Oskar” mükafatı laureatı, dünya şöhrətli aktyor Rassel Krou Lui adlı köpəyini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rassel Krounun iti yük maşını vurduqdan sonra ölüb. Məşhur aktyoru ən çox üzən itinin atası Con Aleksandr Krounun ölümünün ikinci ildönümündə ölməsi olub.

Rassel Krou sosial media hesabında "İtim Lui 16 aylıq idi. Balaca, arsız və cəsur idi. O, ürəyimi fəth etdi, amma təəssüf ki, bu gün atamın ölümünün ikinci ildönümündə onu yük maşını vurdu. Onu həkimə çatdırsam da həyatını qurtarmaq mümkün olmadı. Lui mən onu nə qədər sevdiyimi söyləyərkən qucağımda öldü" ifadələrini paylaşıb.