DYP qanvermə aksiyası keçirib - FOTOLAR

1 Aprel 2023 11:32 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada şəxsi heyət yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.