Xankəndi yolunda sülhməramlıların avtomobillərinin hərəkətinə şərait yaradılıb

1 Aprel 2023 11:25 (UTC+04:00)

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 2 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 3-ə çatıb.