Məşhur aktrisa aylar sonra görüntülənib

1 Aprel 2023 11:10 (UTC+04:00)

Daha əvvəl evində baş verən qəza nəticəsində dabanı çatlayan və evində yanğın çıxan məşhur aktrisa Cansu Dere aylar sonra görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat olunduğu xatırlanan məşhur aktrisa səhhəti ilə bağlı məlumat verərək, sağalma müddətini evdə keçirdiyini və hazırda yeriyə biləcək qədər yaxşı olduğunu bildirib. Cansu Dere Türkiyədə baş verən zəlzələ ilə bağlı danışaraq, xoş arzularını çatdırıb.