Azərbaycanın MMA döyüşçüsü 20 saniyədə qalib gəlib - FOTOLAR

1 Aprel 2023 10:45 (UTC+04:00)

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb. SİA-nın məlumatına görə, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.