Fransadakı immiqrantların 3 faizi Türkiyədə doğulub

1 Aprel 2023 10:09 (UTC+04:00)

Fransada əhalinin 10,3 faizinin immiqrant olduğu, ölkədə yaşayan 7 milyon insanın isə başqa ölkədə doğulmuş əcnəbilər olduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1968-ci ildə bu rəqəmin 6,5 faiz olduğu, immiqrantların yüzdə 12-nin Əlcəzairdə, 12 faizinin Mərakeşdə, 4 faizinin isə Tunisdə doğulduğu bildirilib. Mühacirlər arasında Türkiyədə doğulanların nisbətinin isə 3 faiz olduğu qeyd edilib. Fransanın əhalisi 2023-cü ilə qədər 68 milyona çatdığı halda, paytaxt Paris əhalisinin beşdə birinin immiqrant olduğu vurğulanıb.