İsrail polisi bir fələstinlini qətlə yetirib

1 Aprel 2023 09:07 (UTC+04:00)

İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinin girişində bir fələstinliyə atəş açdığı bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail polisindən verilən açıqlamada bir fələstinlinin İsrail polisinin silahını almağa cəhd etdiyi iddia edilib. Açıqlamada İsrail polisinin fələstinliyə atəş açaraq zərərsizləşdirdiyi qeyd olunub. Hadisədə İsrail qüvvələrinə zərər verilmədiyi, bölgəyə əlavə polis qüvvələrinin göndərildiyi bildirilib. Bəyanatda fələstinli şəxsin sağlamlıq durumu və hadisənin təfərrüatları yer almayıb.