Azərbaycanın 4 cüdoçusu Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır

1 Aprel 2023 09:06 (UTC+04:00)

Azərbaycanın daha 4 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır. SİA xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcək.

81 kq-dakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcək.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.