Bu ilki Avroviziya təmsilçilərimiz TuralTuranX apreldə üç ölkəyə səfər edəcək. SİA xəbər verir ki, əkizlər 3 apreldə İsrailə gedəcək. Bağmanovlar Tel-Əvivdə səhnəyə çıxacaq.
15 apreldə Amsterdamda konsert verəcək qardaşlar 16 apreldə isə “London Eurovision Party”də səhnə alacaq.