Məşhur cütlük boşanma iddiası ilə bağlı səssizliyini pozdu

31 Mart 2023 12:37 (UTC+04:00)

Ebru Şallı ilə Uğur Akkuş arasında ayrılıq iddiaları gündəmə gəlməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə ailə quran Ebru Şallı və Uğur Akkuşun son zamanlar evliliklərində maliyyə böhranları və hətta zorakılıq yaşadıqları da iddia edilib.

Şallı bu iddia ilə bağlı "Hər evlilikdə olan bir mübahisədir" açıqlamasını verib.

İndi də cütlüyün fikir ayrılığına görə boşanacağı irəli sürülüb. Uğur Akkuş sosial media hesabından verdiyi açıqlamada iddiaları təkzib edib.

Akkuş, "Bir daha vurğulayıram ki, boşanma xəbərləri, evləri ayırdığımız, boşanmağa hazırlaşdığımız yalandır, hər kəs öz işi ilə məşğul olsun" ifadələrini işlədib.