“2016-ci ildə baş verən Aprel döyüşlərinin bir neçə cəhətdən böyük əhəmiyyəti var idi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, ilk növbədə uzun sürən fasilədən sonra atəşkəs rejimindən sonra Azərbaycan ordusu əks hücuma keçərək düşmənə ağır zərbə vurdu: “Bununla bizim ordumuzun psixoloji hazırlığının yüksək olmasını bütün dünya gördü. Azərbaycan xalqında əminlik daha da artdı və Ermənistan bütün bunların hər birini gördü. Azərbaycan ordusu Füzuli, Xocavənd, Tərtər, Ağdərə istiqamətində çox mühüm əməliyyat həyata keçirdi. Bu bizim ruhumuzun qələbəsi, eyni zamanda zəfər müjdəsi idi. Bütün bu olanlar gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsinə təsir etdi.
2020-ci ilin Vətən müharibəsi və qələbəmiz başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan ordusunun uğurudur. Azərbaycan ordusu 40 dəqiqəyə müəyyən sədləri keçərək düşmənə ağır zərbələr vurdu. 2016-ci il Aprel döyüşlərində həyatını qurban verən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda çalışan şəhidlərimiz və qazilərimiz bizim üçün çox əzizdir. Onlar istər Vətən müharibəsində, istər sonraki dövrlərdə də öz canlarından keçiblər. Buna görə də biz onların xatirəsini daima yaşadaraq gələcək nəsillərə tanıdacayıq”.