6,4 bal gücündə zəlzələ baş verdi

31 Mart 2023 11:44 (UTC+04:00)

Cənubi Amerika ölkəsi Çilidə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, episentri ölkənin Kobkekura şəhərində olan 6,4 bal gücündə zəlzələ 111 kilometr dərinlikdə baş verib. Zəlzələ nəticəsində can və mal itkisi olmayıb.

Maule, Biobio və O'Higgins şəhərlərində də baş verən zəlzələ hiss olunub.