Türkiyədə 58 avtomobil toqquşub - xəsarət alanlar var

31 Mart 2023 08:06 (UTC+04:00)

Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.

Zəncirvari qəzada 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları göndərilib. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza səbəbindən nəqliyyatın hərəkətini dayanıb. Bu səbəbdən magistralda böyük tıxac yaranıb.