“Taliban” əsgər sayını 200 min nəfərə çatdırmağa çalışır

31 Mart 2023 06:23 (UTC+04:00)

“Taliban” Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir. SİA bu ölkənin Milli Radio və Televiziyasına istinadən xəbər verir ki, bunu Əfqanıstan Silahlı Qüvvələrin baş qərargah rəisi Kari Fəsihəddin Fitrət deyib.

“Biz gələn il orduda əsgər sayını 150 mindən 170 minə, tədricən isə 200 min nəfərə çatdırmaq qərarına gəldik”, - baş qərargah rəisi bildirib.