Nəsrin Cavadzadə yol qəzası keçirdi

31 Mart 2023 04:50 (UTC+04:00)

Məşhur aktrisa Nəsrin Cavadzadə ötən il ona sponsorluq edən avtomobil markasının verdiyi avtomobillə qəza keçirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, dayanacaqdan çıxarkən maşını vuran aktyor şirkətə zəng edərək hadisə haqda məlumat verib.

Həmin şirkət isə avtomobilə az ziyan dəysə də, Nəsrin Cavadzadəyə başqa bir avtomobil verib. Aktrisanın səhhətinin yaxşı olduğu qeyd edilib.