Ronaldonun sevgilisi gələcək planlarından danışıb

31 Mart 2023 03:11 (UTC+04:00)

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Rorcina Rodrigez gələcək planlarından danışıb. SİA xəbər verir ki, o, 38 yaşlı hücumçunun karyerasını başa vurmasından sonra Portuqaliyanın paytaxtı Lissabonda yaşamaq niyyəttində olduqlarını deyib: “Lissabon gələcəkdə ailəmlə birlikdə yaşayacağımız şəhərdir. Bizi belə gözəl qəbul etdiklərinə görə bütün Səudiyyə Ərəbistanına təşəkkür edirəm. Bu yeni macəra bizi hədsiz dərəcədə həyəcanlandırır".

Xatırladaq ki, Ronaldonun 5 övladı olsa da, onlardan 2-sinin anası Corcinadır.