“Beşiktaş” derbidə azarkeşsiz qalacaq

31 Mart 2023 02:48 (UTC+04:00)

Türkiyə Super Liqasının 27-ci turunda səfərdə "Fənərbaxça" ilə qarşılaşacaq "Beşiktaş" İstanbul derbisində dəstəksiz qalacaq. SİA xəbər verir ki, İstanbul Valiliyinin Təhlükəsizlik Şurasının qərarına əsasən, "qara qartallar"ın azarkeşləri stadiona buraxılmayacaq.

Qonaq fanatlar üçün nəzərdə tutulmuş tribunanın biletləri də "Fənərbaxça" azarkeşlərinə satılacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" görüşü aprelin 2-də keçiriləcək.