Türkiyə parlamenti protokolu təsdiqləyib

31 Mart 2023 02:12 (UTC+04:00)

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. SİA TASS-a istinadla xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.

Qeyd edək ki, Türkiyə Finlandiyanın alyansa qoşulmasını dəstəkləməyən sonuncu NATO üzvü idi.