TDT 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı paylaşım edib

31 Mart 2023 02:11 (UTC+04:00)

Bu gün azərbaycanlıların Soyqırımı günü qeyd olunur. SİA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının tvitter hesabında paylaşım edilib.

“Bu matəm günündə biz də azərbaycanlı bacı-qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik””, - deyə qeyd olunub.