Dünyanın ən çox qazanan baş məşqçiləri AÇIQLANDI

31 Mart 2023 01:25 (UTC+04:00)

"L`Equipe" dünyanın ən çox maaş alan futbol məşqçilərinin siyahısını açıqlyıb. SİA xəbər verir ki, 1-ci yerdə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeonedir. 52 yaşlı mütəxəssis ildə 29,8 milyon funt-sterlinq qazanır.

2-ci yerdə ildə 19,7 milyon funt-sterlinq gəlir əldə edən “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb.

İlk "3-lüy"ü illik 15,7 funt sterlinq maaşla “Liverpul”un baş məşqçisi Yurgen Klopp tamamlayır.