Putin hərbi xidmətə çağırışla bağlı yeni sərəncam imzaladı

30 Mart 2023 23:19 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.

Xatırladaq ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.