Əminə Ərdoğan BMT baş katibi ilə görüşdü

30 Mart 2023 23:14 (UTC+04:00)

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Nyu Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. SİA xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və BMT-dəki daimi nümayəndəsi Sedat Önal da iştirak edib.

Görüş zamanı Sıfır Tullantı Layihəsi müzakirə olunub.